Gəlir
Yolum yoxuşadır , eniş görünmür,
Bilmirəm ay necə , il necə gəlir.
Bu qəddar taleyim,zalım taleyim,
Nə öldürür məni , nə vecə gəlir.
Hər tindən boy verir yüz qeylü-qalım,
Dilimdə zəhərdi bal dadan balım .
Mən ha istəyirəm qələbə çalım,
Fələklə oyunum heç-heçə gəlir.
Sevginəm , dözürəm qəmə nər kimi,
Gəzdiyim xeyirim gəlir şər kimi .
Dərdlərim yanımda sadiq ər kimi,
Sevincim oynaş tək gizlicə gəlir.
Dayandur Sevgin
|