Şənbə, 2024-04-20, 0:43 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » Aprel » 17 » Füzuli rayonunda 50 milyon avro dəyərində SES tikiləcək
Füzuli rayonunda 50 milyon avro dəyərində SES tikiləcək
3:55 PM
 
 
 
 
“Azərenerji” Səhmdar Cəmiyyəti layihənin maliyyələşməsi üçün Maliyyə Nazirliyinə müraciət edib

Yaxın vaxtlarda Azərbaycanda yeni su elektrik stansiyasının tikintisinə başlana bilər. Füzuli rayonunda tikiləcək elektrik stansiyasının 25 meqavatt gücündə olacağı nəzərdə tutulur.
Bu barədə “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev YAP qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq layihə ilə bağlı hökumət qurumlarından razılıq əldə olunub. Səhmdar Cəmiyyət isə artıq layihəyə maliyyə xərclərinin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edib
Etibar Pirverdiyev bildirib ki, yeni su elektrik stansiyasının tikintisi təxminən 50 milyon avroya başa gələcək. Onun sözlərinə görə, bu vəsaitin təxminən yarıya qədər 2009-cu ildə ayrılmalıdır. Məbləğin yerdə qalan hissəsi isə gələn il ayrılacaq.
Ölkə ərazisindəki elektrik enerjisi layihələrinin reallaşdırılması vəziyyətinə toxunan Etibar Pirverdiyev deyib ki, artıq Sumqayıtda 517 meqavatt gücə malik buxar-qaz qurğusunun tikintisi başa çatıb. Hazırda isə həmin stansiyada son tamamlama işləri aparılır və yaxın vaxtlarda qurğu tam şəkildə istifadəyə veriləcək.
Bundan başqa, Quba rayonunda inşa olunan stansiyada da tikinti-quraşdırma işləri artıq başa çatıb. Səhmdar Cəmiyyətin rəhbəri bildirib ki, ümumi gücü 105 meqavatt olan stansiya bu il ərzində istifadəyə veriləcək. Onun sözlərinə görə, Qubadakı bu stansiya "Leze" Dağ-Xizək İdman Kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulub.
Baxış: 719 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Aprel 2009  »
BB.eÇ.aÇC.aCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024