Cüməaxşamı, 2024-04-25, 7:37 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » İyun » 23 » Qarabağ münaqişəsinin həllinin "Aland adaları" modeli.
Qarabağ münaqişəsinin həllinin "Aland adaları" modeli.
4:20 PM
 
 
Son vaxtlar Dağlıq Qarabağ probleminin sülh yoluyla həllində təklif olunan variantalardan biri də "Aland adaları" modelinin tətbiqidir.Ancaq əhalinin əksəriyyəti Finlandiya və İsveç arasında yerləşmiş bu adalar qrupunun hansı şəraitdə və hansı statusda olduğunu bilmirlər.

Aland adaları.

 

Finlandiya və İsveç arasında , Baltik dənizindən Botnik körfəzinə girişdə yerləşən bir-birinə yaxın adalar qrupudur.Əsas ada Aland adasıdır.Baş şəhəri vaxtilə ruslar tərəfindən salınmış Marienqamdır.1978-ci ildə əhalisi 23 minə yaxın , indi isə 25 minə yaxın olduğu göstərilir.

1714-cü ilin 27 iyulunda rus qoşunları Apraskinin başçılığı altında İsveçlilərə qalıb gələrək ilk dəfə adalara sahib oldular.Daha sonrakı döyüşlərdə ada gah o tərəfin gahda bu tərəfin tərkibində oldu.1809-CUilin martında rus qoşunları general Knorrinqin başçılığı ilə adanı yenidə ələ keçirdilər.Həmin ildə imzalanan sülh müqviləsinə görə ada Rusiya imperiyasına verilir və bu adalar o vaxtdan 1917-ci ilə qədər Rusiyanın tərkibində qalır.Aland adalarının İsveç mənşəli əhalisi 1917-ci ilin 6 dekabrında Sovet Rusiyası Finlandiyaya müstəqillik verdiyi zaman bu haqda məsələ qaldırır və vətənləri İsveçə birləşmək istəyirlər.Finlandiya isə adaların İsveçə verilməsini istəmirdi və alandlılara özünüidarəçilik hüququ verdi bu haqda qanun hazırlandı lakin alandlılar bu qanunu tanımadılar.
Məsələ böyüdüyündən bu məsələyə Millətlər Liqasında(indiki BMT) qaldırıldı.Millətlər Liqası 1921-ci il 24 iyun tarixli kompromis xarakteri daşıyan bir qərar qəbul etdi.Bu qərara görə , münaqişənin tərəfləri olan nə İsveç , nə Finlandiya , nə də alandlılar uduzmuş kimi görünmədilər.Belə ki , bu qərarla Millətlər Liqası Aland adaları üzərində Finlandiyanın suverenliyini tanıdı.Finlandiya da öz növbəsində Aland adalarında İsveç dilinin , alandlıların mədəniyyətinin və yerli adətlərinin qorunub saxlanılması və daxili özünüidarəçilik vermək öhdəliyini öz üzərinə götürdü.Eyni zamanda ML Aland adalarının neytrallığı , adaların gələcəkdə İsveç üçün təhlükə mənbəyi olmaması naminə onun hərbiləşdirilməməsi haqda qərar qəbul etdi. 1921-ci il 20 oktyabr tarixli Cenevrə konvensiyasına və İkinci Dünya Müharibəsindən sonra Paris sülh müqaviləsinə ( 1947-ci ilin 10 fevralında bağlanıb və 15 sentyabrında qüvvəyə minib) görə , adaların hərbiləşdirilməsi , yəni onlarda qoşun saxlamaq , hərbi sənaye yaratmaq və istehkamlar düzəltmək qadağan edilir.
Finlandiya parlamenti 1952-ci ilfə Aland adalarının özünüidarəçiliyinə dair 1920-ci il tarixli qanunu əvəz edən yeni qanun qəbul etsə də , lakin sonralar bu qanun da aktuallığını itirdiyindən , 1993-cü ildə yeni qanun qəbul edildi.Sonradan bu qanuna iki dəfə əlavələr edilib və hazırda Aland adaları 1997-ci ilin 1 yanvarınada qüvvəyə minən qanunla idarə olunur. 
 
Mənbə: "Siyasət xalqın taleyidir".İ.İsmayılov 
 
 
 
Fikirlərinizi bildirməyi unutmayın!

 

 

Kateqoriya: Azərbaycan-Qarabağ | Baxış: 1298 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  İyun 2009  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024