Cüməaxşamı, 2024-04-25, 8:55 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » Avqust » 4 » Qərbdə kommunizmi məhv edən:Aleksandr Soljenitsin
Qərbdə kommunizmi məhv edən:Aleksandr Soljenitsin
6:54 PM
 

Z.Freyd yazırdı: “Əqlin səsi gur deyil, lakin inadkardır və o eşidilməyənəcən susmaz”.Yazıçı və tarixçi Aleksandr İsayeviç Soljenitsının qanlı sovet gerçəkliyini ifşa edən asta, lakin bir anda səngiməyən səsinə beləcə qulaq kəsilimişdi.

Soljenitsın 1918-ci ildə Kislovodskda varlı kazak ailəsində doğulub.Rostov Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəbdə riyaziyyat və atronomiya fənlərindən dərs deyib , eyni zamanda qiyabi olaraq Moskva Universitetinin ədəbiyyat kursunu başa vurub.Müharibənin başlanması ilə Soljenitsın cəbhəyə yollanır, orada artilleriya kapitanı rütbəsinə çatır.1945-ci ildə cəbhədən göndərdiyi məktubda Stalinin ünvanına tənqid söylədiyinə görə məhkəməsiz-filansız ömrünün 8 ilini həbsxanalarda, Sibirin islah-əmək düşərgələrində keçirməli olur.O zamanlar hökumət yalnız dissidentlərin özlərini deyil , həm də ailə üzvlərini təqib edirdi.Məhz bu səbəbdən öz canı üçün qorxan arvadı Soljenitsından üz döndərir.Taleyin dönüklüyü, həbs düşərgəsinin dəhşətləri Soljenitsının iradəsini sındıra bilmir.Hələ düşərgədə olarkən öz ilk hekayələrini yazmağa başlayır və yazdıqlarını gözətçilərin əlinə düşməməsi üçün əzbərləyib yaddaşına köçürür.1953-cü ildə Stalinin ölümündən sonra Soljenitsın düşərgədən azad olunmaqla bərabər müddətsiz sürgünə məhkum edilir.1956-cı ildə onda xərçəng xəstəliyi aşkar edildiyi üçün sürgündən azad olunur.O, ölmək üçün azadlığa buraxılır ( bu hadisələr onun “Xərçəng korpusu” adlı povestində bütün təfsilatı ilə təsvir olunub), lakin möcüzə baş verir-xəstəlik bir növ “geri çəkilir” və ona Ryazanda məskən salmağa icazə verilir; buradakı məktəbdə o riyaziyyatdan dərs deyir, öz ilk hekayələrini yazıya almağa başlayır.

1960-cı ildə N.Xruşşovun antistalin kampaniyasından ruhlanan Soljenitsın Sibirdəki islah-əmək düşərgəsi həyatından bəhs edən və sonralar ona dünya şöhrəti gətirmiş “İvan Denisoviçin bir günü” povestini qələmə alır.Povest 1962-ci ldə , yalnız Xruşşovun özü məsələyə qarışdıqdan sonra çap edilir və dərhal da dünya miqyasında ədəbi-siyasi densasiyaya səbə olur.Stalinizmlə mübarizə aparan Xruşşov təxminən 20 milyon sovet vətəndaşının məhvi ilə nəticələnmiş kommunist rejiminin cinayətlərini ictimaiyyətə çatdırmaq istəyən Soljenitsını dəstəkləməyə başlayır.Lakin 1963-cü ildə Xruşşovun özü Soljenitsının müasir sovet gerçəkliyindən danışan “ziyanlı” hekayələrinin çapına yasaq qoyur.1964-cü ildə Xruşşov vəzifəsindən götürülməsindən sonra Soljenitsın yenə “sovet xalqının düşməni” elan edilir.DTK onu və onun yaxın adamlarını izləməyə başlayır.Lakin Soljenitsın təslim olmur , onu qanlı Stalin terroru haqqındakı povest və hekayələri “samizdat”(yazı makinasında çap edilmiş əlyazmalar şəklində) vasitəsilə bütün ölkəyə yayılır və Kreml rəhbərliyi üçün ən dəhşətlisi odur ki, əcnəbi ölkələrdə dərc olunur.Soljenitsın həqiqətindən hiddətə gəlmiş hakimiyyət dairələri bütün ölkədə Soljenitsınla bağlı təqib və böhtan kampaniyasına başlayır.1969-cu ildə onu Yazıçılar İttifaqı üzvlüyündən çıxarır, bununla da yazıçını , demək olar ki, yaşayış vasitələrindən məhrum edilir, ölkə ziyalılarını onu “damğalayan” məktubları imzalamağa məcbur edir, hətta məktəblərdə də ona qarşı kin və lənətlə dolu təbliğat aparırlar.DTK agentləri Soljenitsın mənzilində axtarış aparır və onun əlyazmalarının müsadirə edir, telefon vasitəsilə onu ölümlə hədələyir, yazıçının az qala addımını izləyirlər.Lakin artıq gecdi!Soljenitsın bütün dünyada görkəmli yazıçı , dünyanın yarısını idarə edən qüdrətli sistemə təkcanına meydan oxuyan mərd, adam kimi tanınır və sevilir.1970-ciildə Soljenitsın ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür, lakin mükafatı almağa getməkdəm imtina edir, bilir ki , getsə , onu bir daha öz ölkəsinə buraxmayacaqlar.1973-cü ildə Soljenitsın qüdrətli DTK-nın “başını aldadaraq” öz başlıca əsərini “QULAQ arxipelaqı” epopeyasını Qərbə ötürə bilir.Kommunsit rejimini 1924-1953-cü illərdə törətdiyi cinayətlərdən danışan bu çoxcildli, sənədli romanı Soljenitsın Xruşşov dövründə Sov.İKP və DTK arxivlərindən əldə etdiyi materiallar əsasında qələmə almışdı.Sovet rəhbərliyinin bu əsərlə bağlı xofu o qədər böyük idi ki, müvafiq orqanlar romanın Qərbdə çapının qarşısını almaq üçün dövlət səviyyəsində bənzəri olmayan səy və cəhdlər göstərirlər.Lakin onları səyi əbəs idi.1973 ilin dekabrında romanın 1-ci hissəsi Parisdə çap edilir və o vaxta qədər Stalinin ölüm düşərgələirnə inanmaq istəməyən dünya ictimaiyyətini lərzəyə gətirir.Bu roman Avropa kommunist hərəkatına ağır zərbə vurur-Avropanın sol təmayüllü ziyalıları kütləvi surətdə  kommunist partiyalarından çıxdıqlarını elan etməyə başladılar.Bu , Avropada kommunizmin süqutunun başlanğıcı idi.Təlaşa düşmüş Sovet rəhbərliyi yazıçının fiziki məhvi haqqında ciddi düşünməyə başlayır, bu addımdan Kremli yalnız dünya ictimaiyyətinin ehtimal olunan qəzəbi saxlayır ; nəhayət, “çıxış yolu” tapılır: yazıçını sovet vətəndaşlığından məhrum edib SSRİ-dən sürgün edirlər(1974).Soljenitsın ABŞ-da Vermont şəhərində məskən salır, sovet gerçəkliyindən bəhs edən roman və tarixi xronikaları üzərində işini davam etdirir.1974-cü il fevralın 18-də “Vaşinqton post” qəzeti onun öz həmvətənlərinə müraciətini –“Yalansız yaşamaq” başlıqlı yazısını dərc etdirir.Bu müraciətnamə tez bir zamanda “samizdat”in köməyilə bütün ölkəyə yayılır.İnsan vicdanının ən incə tellərinə toxunan bu müraciətnamə ölkədə əvvəlcə azsaylı dissident hərəkatının , az sonra isə insan ləyaqətinin təsdiq olunması uğrunda kütləvi hərəkatın , bir növ , manifesti olur.Soljenitsın burada güclü şəxsiyyətlərə , yaxud öz məslək yoldaşlarına deyil , həmişəki kimi bütün xalqa da deyil , necə deyərlər, “orta” vətəndaşlara müraciət edir.Onların hər biri ilə ürəkdən, bütün səmimiyəti ilə danışır.Soljenitsının resepti sadədən də sadədir-heç vaxt , hətta ən müqəddəs məqsədlər üçün belə yalan söyləmə , həqiqəti ört-basdır eləmə.Vicdansız cəmiyyətdə demokratuya ola bilməz . Cəhd elə , yalandan qurtul.O vaxt heç kəs səni alçaldıb əzə bilməz!
 
Mənbə: Demokratiya : Gediləsi uzun bir yol.Hikmət Hacızadə  
 
 
Fikirlərinizi bildirməyi unutmayın!    
Kateqoriya: Məşhurlar&Şəxsiyyətlər | Baxış: 755 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Avqust 2009  »
BB.eÇ.aÇC.aCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024