Şənbə, 2024-04-27, 0:21 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » Avqust » 6 » Böyük filosof : Aristotel
Böyük filosof : Aristotel
4:12 PM
 
 

Qədim yunan filosofu Aristotel (e.ə 384-322) 20 il ərzində Platonun şagirdi olmuş, onun Afina akademiyasında o dövrün elmi biliklərinə mükəmməl yiyələnmişdir.Platonun ölümündən sonra Aristotel Afinanı tərk etmiş , gələcəyin böyük fatehi gənc İskəndərə müəllimlik etmək üçün Makedoniyada məskən salmışdır.E.ə 334-cü ildə Makedoniyalı İskəndər öz Asiya fütahıtına başlaması ilə Aristotel Afinaya qayıdaraq öz akademiyasını məşhur litseyi təsis etmişdir.İskəndərin ölümündən sonra aristokrotlar partiyasına yaxın olan Aristotel ateizimdə ittiham edildiyindən Afinanı tərk etmək məcburiyyətində qalmış və bir il sonra dünyasını dəyişmişdir.

Aristotelin “Etika” , “Politika” , “Ritorika” və digər əsərlərində cəmlənmiş elmi irsi əsrlər boyu əvvəlcə Şərqə , sonralar Qərb fəlsəfəsinə öz həlledici təsirini göstərmişdir.Orta əsrlərdə Avropada Aristoteli ancaq “filosof adlandırırdılar.İndiyəcən çoxları fundamental problemləri bütün dərinliyi ilə əhatə etdiyinə və ensiklopedik biliyinə görə onu bütün zamanları və xalqların filosofu sayır.

Aristotelin “Politika “ əsəri Qərbin siyasi fəlsəfəsində başlanğıc hesab edilir.Bu, yunan filosofunun siyasi rejimlərin müxtəlif növlərini, vətəndaşlığın mənasını və siyasi həyatda təhsilin rolunu sistemli təhlilə çəkən ilk böyük elmi iş idi.Aristotelə görə, demokratiya siyaso rejimlərin bir foramasıdır.Aristotel monarxiya tərəfdarı idi, lakin bir şərtlə ki, monarx təhsil görmüş , bilikli adam olsun və dövləti hamının xeyri naminə idarə etsin.Aristotel geniş yayılmış rejim kimi demokratiyaya yaxın olan , həm də özündə oliqarxiyanın və müasir konstitusiyalı monarxiyaların elementlərini daşıyan politiyanı qeyd edirdi.Aristotelin fikrincə , cəmiyyət daxilində yaşayan insan siyasi varlıqdır.Dövlət təbii şəkildə ailədən törəyərək hakimiyyət və tabeçilik münasibətlərini yeni səviyyədə qurub həyata keçirir.Aristotel quldarlığı müdafiə edirdi.Platon kimi o da hesab edirdi ki, insan ümumən siyasi azadlıq şəraitində yaşamaq iqtidarında deyildir.Lakin Platondan fərqli olaraq , Aristotelin ideal dövləti müxtəlif mülkiyyət formalarına , iqtisadi özünütənzimləmə mexanizminə malik , siyasi hakimiyyəti isə geniş yayılmış institutlar sistemi və cəmiyyətin təyin etdiyi vəzifəli şəxslərin vasitəsilə həyata keçirilən açıq, dinamik inkişaf edən cəmiyyətdir.Aristotel üçün hakimiyyət Platonda olduğu kimi hamıdan yüksəkdə duran əzm , iradə deyil, bir neçə müstəqil iradənin məcmusudur.Aristotel demokratiyanı idarəetmənin ən pis formalarından ən yaxşısı kimi tövsif edirdi, belə ki , onun fikrincə , burada hakimiyyət adətən əksəriyyət təşkil edən yoxsul və əsil-nəcabətsiz vətəndaşlara məxsus olacaqdır.Aristotel iddia edirdi ki, demokratiyanın ən yaxşı foramsı ən az demokratik olanıdır; belə demokratiyada insanların çoxu yoxsul deyil və yoxsulların bərabər hüquları yoxdur. 

Kateqoriya: Məşhurlar&Şəxsiyyətlər | Baxış: 1100 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Avqust 2009  »
BB.eÇ.aÇC.aCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024