Çərşənbə, 2024-04-24, 0:59 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2010 » Avqust » 19 » Dünya Azərbaycanlıları Konqresi və Türk Xalqlarının Ümumdünya Assambleyası Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət etdi!
Dünya Azərbaycanlıları Konqresi və Türk Xalqlarının Ümumdünya Assambleyası Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət etdi!
6:01 PM
Türk Xalqlarının Ümumdünya Assambleyası, Dünya Azərbaycanlıları Konqresi və Qazaxıstanda Yaşayan Azərbaycanlıların Etno-Mədəni İttifaqı Şəhidlər Xiyabanını ziyarət edərək, sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olduğu Biləsuvar rayonnun Əliabad kəndində yerləşən evini də ziyarət etmişdir.
 
Nümayəndə heyətinin rəhbəri – Türk Xalqlarının Ümumdünya Assambleyasının birinci vitse-prezidenti, Dünya Azərbaycanlıları Konqresinin Asiya ölkələri üzrə sədr müavini, hüquq və tarix elmləri doktoru, Avropa Akademiyasının və Avropa Universitetinin professoru Yəhya Əliyev başda olmaqla, həmçinin Qazaxıstanda Yaşayan Azərbaycanlıların Etno-Mədəni İttifaqının prezidenti, tarix elmləri doktoru Vidadi Salahov daxil olmaqla 72 nəfərdən ibarət nümayəndə heyəti məlum səfəri təşkil etmişdir. Professor Yəhya Əliyev Şəhidin ailəsinə böyük ehtiram və məhəbbətini bildirərək onun etdiyi qəhrəmanlığı bütün dünya türklərinə misilsiz örnək və nümunə olduğunu vurğulamışdır: " Qəhrəman Mübariz Ağakərim oğlunun Azərbaycana, vətənimizə sonsuz məhəbbəti və sevgisi gənclər arasında minlərlə qəhrəmanların yetişməsinə təkan verəcəkdir. Bu istiqamətdə Qəhrəman haqqında Azərbaycandan kənarda da – Qazaxstanda, Qırğızıstanda, Özbəkstanda soydaşlarımız arasında yığıncaqlar keçirilmiş, onun etdiyi şücaət və cəngavərlik hərəkətinə yüksək milli qiymət verilmiş və vətən yolunda hamımızın canından keçməyimizə hazır olmağımız xüsusi qeyd edilmişdir.”
 
DAK fəxri sədri prof.Qulamrza Səbri Təbrizinin və Türk Xalqlarının Ümumdünya Assambleyasının (ВАТН) prezidenti akademik Yermentay Sultanmuradın səmimi qəlbdən göndərdiyi salamlarını, qəhrəmanımızla onların və bütün Türk Dünyasının fəxr etdiyini Şəhidin atası Ağakərim İbrahimova çatdıran professor Yəhya Əliyev Şəhidin artıq bütün Türk xalqlarının ümumi qəhrəmanları – Koroğlu, Babək, Koblandı Batır, Manas və digərlərinin yolunu davam etdiyini və vətən yolunda əsl Qəhrəman kimi canını fəda etdiyini qeyd etmişdir və onun aliləsinə başsağlığı yox, başucalığı diləmişdir. Şəhidin atası Ağakərim İbrahimov gələn ziyarətçilərə öz minnətdarlığını bildirərək oğlunu vətən yolunda fəda verdiyini, onunla ailəsi və bütün nəslinin fəxr etdiyini demişdir.
 
Hal-hazırda DAK və Türk Xalqlarının Ümumdünya Assambleyası (ВАТН) tərəfindən Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək istiqamətində Türk Dünyası Ölkələrinin, Türk Xalqlarının və bütün dünya ictimaiyyətinin qurumlarına Qəhrəman haqqında saytlara məlumatlar verilir. Onun qəhrəmanlığı haqqında plokatlar hazırlanmış, xatirə və vətənpərvərlik istiqamətində təbliğat üçün butün qurumlara və əhaliyə paylanılması təşkil olunmuşdur. Bundan başqa DAK Gənclər Təşkilatı tərəfindən Milli Qəhrəmanımızın Şəhid olduqdan sonra erməni tərəfdə qalmış cisminin geri qaytarılması istiqamətində səkkiz dildə bəyanat verilmiş və bütün beynəlxalq təşkilatlara göndərilmişdir. DAK İnformasiya Mərkəzi
Kateqoriya: Azərbaycan-Qarabağ | Baxış: 1134 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Avqust 2010  »
BB.eÇ.aÇC.aCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024