Cüməaxşamı, 2024-04-25, 11:11 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » İyul » 3 » Əks əlifba lüğəti və Orfoqrafiya proqramı.
Əks əlifba lüğəti və Orfoqrafiya proqramı.
8:58 PM
 
Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir.
Lüğət həcminə, sözlərin sayına görə əvvəlki nəşrlərdən fərqlənir. Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58 000 sözü əhatə edirdisə, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir.
Oxuculara təqdim olunan orfoqrafiya lüğətini AMEA-nın Nəsimi adına Dilçilik institutunun lüğət şöbəsinin əməkdaşları hazırlamışlar. Lüğətin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ağamusa Axundovdur.
Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik institutunun Elmi Şurasının 10 mart 9004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur
 
 
Bu lüğət Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni, son variantı əsasında tərtib olunmuşdur.
Adi lüğətlərdən fərqli olaraq əks lüğətlərdə sözlər başlanğıcdan sona doğru deyil, sondan başlanğıca doğru əlifba sırasına düzülür. Beləliklə, adi lüğətlərdə eyni başlanğıca, əks lüğətlərdə isə eyni sonluğa malik sözlər eyni qrupda yerləşir. Məsələn, əks lüğətdə «oruc» sözü «adam» sözündən əvvəl gəlir. Çünki, sözün sonunda gələn «c» hərfi əlifba sırasına görə «m» hərfindən irəlidir. «Çiçək» sözü də «dilək» sözündən qabaq yerləşdirilir. Bu sözlərin son iki hərfləri eyni olsa da, üçüncü hərfə görə (ç və l) «çiçək» əvvələ keçir.
Əks lüğətlərdən avtomatik tərcümə alqoritmlərinin qurulmasında, daha doğrusu, təhlil və sintez alqoritmlərində istifadə olunur. Təhlil üsullarından biri söz-fomalardan şəkilçiləri ayırdıqdan sonra qalan hissənin avtomatik lüğətdə axtarılmasından ibarətdir. Bu prosesdə şəkilçilərin və söz formaların sonunun omonimliyi ilə əlaqədar bir çox yanlış ayırmalara yol verilə bilər. Əks lüğətlər tədqiqatçıya belə halları nəzərə alıb asanlıqla aradan qaldırmağa kömək edir.
Kateqoriya: Proqramlar | Baxış: 1330 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  İyul 2009  »
BB.eÇ.aÇC.aCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024