Şənbə, 2024-04-27, 1:16 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2010 » May » 15 » Magna Carta -İngilis Azadlıqlarının Böyük Toplusu(1215)
Magna Carta -İngilis Azadlıqlarının Böyük Toplusu(1215)
10:31 PM
Magna Carta
 
 
Magna Carta latın dilindən tərcümədə "böyük sənəd” deməkdir. Bu azadlıqlar toplusu böyük mübarizə nəticəsində 1215-ci il iyunun 15-də Rannimind qəsəbəsində qəbul edilmişdir. Həmin sənəd insan haqları , kral hakimiyyətinə qoyulmuş məhdudiyyətlər , hüquqi norma və proseduraların siyahısından ibarət idi. Magna Carta və ya İngilis Azadlıqlarının Böyük Toplusu kimi tanınan bu sənəd 63 bənddən ibarət olub "Krallığımızın bütün azad insanlarına” sözləri ilə başlanırdı. Magna Carta-ya görə , bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi...Bu sənədi kral Con imzalamışdı. Kral Con bu sənədi imzaladıqdan sonra vədinə xələf çıxır yenidən baronlarla mübarizəyə başlayır lakin məğlub olur.Onun varisi III Henrix Magna Carta-nın qevvəsini yenidən bərpa edir və beləliklə 1225-ci ildən yenidən qüvvəyə minir.
 
                  İngiltərə kralı Conun imzaladığı İngilis Azadlıqlarının Böyük Toplusu
 
 Allahın mərhəməti ilə İngiltərə kralı , İrlandiya hökmdarı , Normandiya və Akvitaniya hersoqu , Anju qrafı Ccon öz arxiyepiskopları , yepiskopları , abbatları , qrafları , baronları , hakimləri, meşəbəyiləri, şerifləri, idarəçiləri , nökərləri , olan bütün qulluqçu və sadiq təbəələrinə müraciət edir:
 
 Sizi salamlayıram ... ...Krallığımızın bütün azad insanlarına özümüzün və varislərimizin adından aşağıda göstərilən Azadlıqları onların və varislərin sahibliyinə və mühafizəsinə əbədi olaraq bəxş edirik:
 
 ...(12)Krallığımızın Ümumi Şurasının razılığı olmadan krallığımızda heç bir vergi və mükəlləfiyyət tətbiq edilə bilməz...
(20)Xırda cinayət törətmiş azad insan ancaq həmin cinayətin dərəcəsinə görə , ağıra cinayətə görə də həmin qayda da , amma öz statusundan məhrum edilməmək şərti ilə cəzalandırılacaq. Beləliklə , kral məhkəməsinin rəhmdilliyi ilə üzləşmiş tacir öz mallarından , əkinçi isə öz torpaqlarından məhrum ediləcək. Bu cəzalardan heç biri qonşuluqla yaşayan ləyaqətli adamların and içərək çıxardıqları qərar olmadan verilə bilməz...
(40)Hüquq və ya ədalətli heç kəsə satmayacaq , rədd cavabı verməyəcək və təxirə salmayacağıq ...
 
Mənbə:Demokratiya Antologiyası.Hikmət Hacızadə
Kateqoriya: Hüquq | Baxış: 860 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  May 2010  »
BB.eÇ.aÇC.aCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024