Şənbə, 2024-04-27, 7:57 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » İyul » 15 » Sədayə Mustafayeva
Sədayə Mustafayeva
6:20 PM
 
 
 
 
Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də (yəni bu gün) Şəkişəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini AğdaşGöyçayteatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında GəncəDövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevindəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 2000-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtgin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və.s obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.
Xalq artisti S.Mustafayeva həmçinin Azərbaycanfilministehsalı olan 20-dən artıq filmə çəkilmişdir. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 1958-ci ildə respublikanın əməkdar artisti, 1981-ci ildə isə xalq artisti fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür. 2004-cü il avqust ayının 13-də Gəncəşəhərində vəfat etmişdir.
 
Çəkildiyi filmlər:
  1. Biri Vardı, Biri Yoxdu... (1967) (Qadın - S.Mustafayeva)
  2. Qanun Naminə (1968) (Xatun - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
  3. Mən ki Gözəl Deyildim (1968) (Gözəl - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
  4. Şərikli Çörək (1969), (Şamama - S.Mustafayeva, səsləndirir - Ofelya Sənani).
  5. Gün Keçdi (1971), (Əsmərin anası - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
  6. Qızılqaz (1972), (Şəfiqənin anası - S.Mustafayeva, səsləndirir - Əminə Yusifqızı).
  7. Var olun, Qızlar... (1972), (Rüstəmin anası - S.Mustafayeva).
  8. Firəngiz (1975), (Məsmə - S.Mustafayeva).
  9. Ad Günü (1977), (Əlinin anası - S.Mustafayeva, səsləndirir - Əminə Yusifqızı).
  10. Qaynana (1978), (Mülayim - S.Mustafayeva, səsləndirir - Süsən Məçidova).
  11. Gümüşü Furqon (1982), (Mədinənin anası - S.Mustafayeva).
  12. İlıq Dənizdə Buz Parçası (1983), (Təqaüdçünün anası - S.Mustafayeva).
  13. Cin Mikrorayonda (1985), (Ana - S.Mustafayeva).
  14. İşarəni Dənizdən Gözləyin (1986), (Komandanın anası - S.Mustafayeva, səsləndirir - Məhluqə Sadıqova).
  15. Şəhərli Biçinçilər (1986), (Humay - S.Mustafayeva).
  16. Ölsəm... Bağışla (1989), (Yusifin anası - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
  17. Ağ Atlı Oğlan (1995), (Mirvari nənə - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
  18. Həm Ziyarət, Həm Ticarət... (1995), (Suğra xala - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
  19. Amerika kinemotoqrafiyasının istehsalı olan, İlk körpü - 1994, (Əsmər - S.Mustafayeva).

Mənbə:az.wikipediya.org

Kateqoriya: Məşhurlar&Şəxsiyyətlər | Baxış: 848 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  İyul 2009  »
BB.eÇ.aÇC.aCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024