Şənbə, 2024-04-20, 2:12 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » Noyabr » 1 » Terrorizmin yaranmasının səbəbləri.
Terrorizmin yaranmasının səbəbləri.
12:30 PM
 
 
 

Terrorizmin yaranmasının səbəbləri:

1.Siyasi səbəblər:2 yerə bölünür - a) Daxili siyasi səbəblər- iqtidarın idarəçilik təcrübəsizliyindən və ya xalq arasında nüfuzdan düşməsindən istifadə edən daxildəki siyasi qruplar və siyasi partiyalar dövlətin ümummilli mənafelərini , dövlətin maraqlarını bir tərəfə atıb hakimiyyətlə gizli mübarizəyə başlayır və bu son nəticədə lider və hakimiyyət nümayəndələrinə qarşı terror aktlarının həyata keçirilməsini gətirib çıxarır.

b) Xarici siyasi səbəblər - Terror aktı bəzən xarici siyasi səbəblər üzündən də meydana çıxır . Terrorizmin yaranmasına xarici siyasi təsirin məqsədi sürətlə inkişaf edən , iqtisadi  və hərbi cəhətdən güclü olan dövlətlərdə onun inkişaf tempini zəiflətmək , habelə öz siyasi idarəçilik sistemlərini və ideologiyalarını həmin dövlətlərdə bərqərar olmasına nail olmaqdır.Məsələn:Türkiyə Cümhuriyyəti 1923-cü ildən bəri sürətlə inkişaf edən ölkədir.Türkiyənin inkişafını özləri üçün təhlükə esab edən SSRİ 1974-cü ildə marksist - leninist ideologiyalı Kürd İşçi Partiyasının(PKK) yaradılmasına böyük təsir etmişdir.SSRİ-dən sonra bu terror təşkilatına bir sıra Avropa ölkələri köməklik etmişlərdir.Onların məqsədi İslamın və Türklüyün möhkəm qalası olan Türkiyəni dağıtmaqdır.

2. İqtisadi səbəblərdən - yaranan terrorizm geniş yayılmışdır . Dövlətin daxilində baş verən iqtisadi böhran nəticəsində məcburən formalaşan ağır iqtisadi şərtlər və maddi cəhətdən təmin olunmamış formada  yaşayan şəxslər aşağı sinif halında yaşamağa məcbur olurlar  . Çətinliklərlə yaşayan bu təbəqə bəzən kütlə tərəfindən də qəbul olunmurlar. Bu vaxt həmin qrup insanlarla ( əsasən də gənclərlə) dövlətə qarşı nifrət oyanır və dövlətlə , hakimiyyətlə mübarizə aparmaq üçün məqam gözləyirlər. Bu kimi hadisələr isə nüfuzlu terror təşkilatlarının diqqətini cəlb edir . Hal-hazırda da elə terror təşkilatları var ki, onlar öz üzvlərinə yüksək məbləğdə pul verirlər, habelə onların ailələrinin təminatını da öz üzərinə götürürlər .

3. Sosial səbəblər-terrorçular da cəmiyyətin , xalqın içindən çıxanlardır . Amma bu şəxslərin terrorizmə meylliliyi sosial səbəblərdən yaranır(əsasən ailə daxili ziddiyyətlər, psixoloji sarsıntı keçirən , həyata nifrət edən insanlar).Onlar öz varlıqlarını sübut etdirmək üçün terror təşkilatlarının dəstəyi və təsirilə terror yolunu seçirlər.

4.  Psixoloji səbəblər – siyasi , iqtisadi , sosial gərginliklərdən doğan bir sıra amilllər insana psixoloji təsir göstərir və siyasi hadisələr elə həddə çatır ki, daxildə olan qruplar arasında gizli mübarizə başlayır . Bu isə hakimiyyət böhranı , hakimiyyət dəyişikliyi olan vaxtlarda daha çox təsadüf edir.

Kateqoriya: Maraqlı | Baxış: 832 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Noyabr 2009  »
BB.eÇ.aÇC.aCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024