Cümə, 2024-03-29, 10:52 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » İyul » 25 » Tomas Cefferson haqqında
Tomas Cefferson haqqında
3:58 PM
 
 
 

Tomas Cefferson (1743-1826) ABŞ-ın 3-cü prezidenti və Amerika demokratiyasının ən ləyaqətli , ən inanclı mübarizlərindən olub.O,"ABŞ-ın İstiqlaliyyət Bəyannaməsi" adlı çox məşhur sənədin müəllifidir.ABŞ Konqresinin təsdiqlədiyi həmin Deklorasiya Birləşmiş Ştatların müstəqilliyini bütün dünyaya elan edib.

T.Cefferson çox yönlü bacarığı olan adam idi.O, həm riyaziyyatçı, həm memar, həm vəkil, həm filosof, həm fermer, həm musiqiçi və s olub.T.Cefferson üniversitet yaradıb , ölkə paytaxtının planını hazırlayıb , müxtəlif maşın və alətlər ixtira edib, xeyli elmi məlumatlar toplayıb.Onun bütün elədiklərini sadalamaq mümkün deyil.

T.Ceffeson Konqresin üzvü , qubernator, səfir , dövlət katibi , vitse-prezidenti vəzifələrini daşıyıb.1801-1809-cu illərdə iki dəfə ABŞ Prezidenti olub.Onun hakimiyyəti illərində ABŞ-ın ərazisi iki dəfə böyüyüb."İstiqlaliyyət Bəyannaməsi"ndə T.Cefferson yazırdı ki, bütün insanların qanun qarşısında bərabər hüququ var.Hökümətlər isə ona görə ququlur ki, insanların "həyata azadlığa və xoşbəxtliyə" təbii hüquqlarını təmin etsin.T.Cefferson düşüncəsinə görə , demokratiyanın 4 başlıca prinsipi var:

Demokratiya maarifsiz yaşaya bilməz,

Demokratiya düşüncəli və namuslu hakimlərsiz davrana bilməz,

Azad cəmiyyətlərdə istedad sahibi olan insanların " var-dövlət, soy və başqa təsadüflərdən"asılı olmayaraq , təhsil almaq imkanı olmalıdır,

Yoxsulların uşaqları ümumi hesabdan təhsil almalıdır.

T.Ceffersonun fikrincə , dövlət həyatının başlıca qaydası ictimai razılığa , yəni konsensura gəlməkdir.Hər hansı hakimiyyət bu qaydanı pozursa, xalqın nəinki hüququ, hətta borcudur ki , öz təhlükəsizliyi və xoşbəxtliyi naminə yeni hakimiyyət qursun.Hələ gənc yaşlarından T.Cefferson " Tirana qarşı üsyan-Tanrı üçün çalışmaq deməkdir" şüarını seçərək ,  son nəfəsinəcən ona sadiq qalıb.T.Cefferson insanlarda azadlıq ruhunu yüksək qiymətləndirir və onun qorunmasıı tələb edirdi.O başa düşürdü ki, demokratiyanın əsas problemi-"nizama qarşı azadlıq problemidir". Bunun həllini isə T.Cefferson insanlığın elə bir azadlığa yetişib-yiyələnməsini istəyirdi ki, bundan faydalanan hər kəs öz qonşusunun da eyni hüququnu dərk edərək , ona ziyan yetirməsin.O, söz azadlığını olduqca vacib sayırdı.Bu böyük demokratın öz nəvəsinə söylədiyi sözlər hamıya aiddir:" Kiminsə razılaşa bilmədiyim fikri qulağıma çatanda , öz-özümə deyirəm - mənim kimi onun da öz fikrini bildirməyə haqqı var, niyə söz güləşdirməliyəm?"

T.Cefferson namus və şərəfini ən yüksək vəzifələrdə qoruya bilib.Səkkiz illik prezidentliyindən sonra doğma yurdu Montiselloya dönərkən ona ünvanlanan suallara belə cavab vermişdi:" Bütün dünya qarşısında sizdən soruşuram deyin görək kimi aldatmışam? Deyin görək kimi sıxışdırmışam?Kim rüşvətlə gözümdən pərdə sala bilib?Hökm sizindir, verin!".Xalq isə öz hökmünü verib , onu "Montisello müdriki" adlandırdı.

 

 

Təkcə o cavabı eşitmək üçün demokrat olmağa dəyməzmi? 
Fikirlərinizi bildirməyi unutmayın!  

 

Kateqoriya: Məşhurlar&Şəxsiyyətlər | Baxış: 1858 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  İyul 2009  »
BB.eÇ.aÇC.aCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024