Cümə, 2024-04-26, 3:57 PM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » Aprel » 10 » Azərbaycan Milləti
Azərbaycan Milləti
3:41 PM
 
 
 
 
ƏHALİ

Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv km-dir. 2001-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 81 min nəfər, o cümlədən 4 milyon 107 min nəfər və ya 51 faizini şəhər və 3 milyon 974 min nəfər və ya 49 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin cins-yaş tərkibi aşağıdakı kimi səciyyələndirilir: 3 milyon 954 min nəfər və ya 49 faizi kişilər və 4 milyon 127 min nəfər və ya 51 faizi - qadınlardır; 15 yaşadək (0-14 yaşlı) bütün əhalinin xüsusi çəkisi (kişilər arasında 32%, qadınlar arasında isə 28%) 30 faiz, 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi isə (kişilər arasında 5%, qadınlar arasında isə 7%) 6% təşkil etmişdir.

Bu gün Azərbaycan əhalisinin artımı əhalinin təbii artımı hesabına baş verir.

Son 5 il ərzində ölkədə hər il orta hesabla 125 min körpə və ya hər gün təxminən 340 onun yeni kiçik vətəndaşı dünyaya gəlir. 2002-ci ildə ölkədə doğum əhalinin hər 1000 nəfərinə hesabı ilə 15 nəfər təşkil etmişdir.

Azərbaycanda ölümün səviyyəsi uzun illər ərzində nisbətən aşağı və sabit olması ilə səciyyələnir. Lakin çoxsaylı insan tələfatına səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-94-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdır. Sonrakı illərdə, Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi tətbiq edildikdən sonra ölümün səviyyəsi azalmış və keçən il onun səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil etmişdir.

Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən ildə bu göstərici 72 yaş, o cümlədən kişilər üçün - 69 yaş, qadınlar üçün isə - 75 yaş təşkil etmişdir.

Son illər körpə ölümünün səviyyəsinin də azalması müşahidə olunur. Ötən ildə 1 yaşadək 1,5 min uşaq (0,8 min oğlan, 0,7 min qız) və ya doğulmuş hər 1000 nəfərə hesabı ilə 13-ü ölmüşdür.

2000-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 44 qadın ölmüşdür, yəni doğulanların 100 min nəfərinə hesabı ilə ana ölümü göstəricisi 38 olmuşdur.

Hazırda orta hesabla bir qadına bütün ömrü boyu təxminən iki doğulmuş uşaq düşür. əgər 10 il əvvəl üç və ya daha çox doğulmuş uşaqların xüsusi çəkisi 31% təşkil edirdisə, indi bu göstərici cəmi 25%-dir.

Doğumun səviyyəsinə nikah da əhəmiyyətli dərəcədə təsir göstərir. Respublikada orta hesabla təxminən 57 min nikah bağlanır və 8 min nikah pozulur. Əhalinin son siyahıyaalınmasının məlumatlarına görə, 16 və yuxarı yaşda təxminən 1 milyon 746 min və ya 43% qadın nikahda olmuşdur.

Fertil (nəsilvermə qabiliyyətinə malik) yaşda olan qadınların sayı 2 milyon 311 min nəfərdir.

Respublikada əhalinin artmasına mane olan amillərdən biri də əhalinin miqrasiyasıdır. 2000-ci il ərzində Respublikadan 10,0 min nəfər getmiş, 4,4 min nəfər isə Respublikaya gəlmişdir.

Ölkənin milli tərkibi, əhalinin son siyahıyaalınmasının nəticələrinə əsasən, aşağıdakı məlumatlarla xarakterizə olunur: azərbaycanlılar - 90,6%, ləzgilər - 2,2%, ruslar - 1,8%, ermənilər - 1,5%, talışlar - 1,0% , avarlar - 0,6%, türklər - 0,5%, tatarlar - 0,4%, ukraynalılar - 0,4%, saxurlar - 0,2%, gürcülər - 0,2%, tatlar - 0,13%, yəhudilər - 0,1%, udinlər - 0,05% və digər millətlər - 0,12%. Talışlar digər etnik qruplardan fərqli olaraq, uzun müddətdir ki, bu ərazidə yaşayırlar.

Öz millətini dilində sərbəst danışa bilən əhalini bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.

2000-ci ilin 4 rübü üçün ev təsərrüfatlarının seçmə müayinəsinin məlumatlarına görə ailələrin 26,3 faizində ailə başçısı qadın olmuşdur.


1998-ci ildə baş vermiş hadisələr də Azərbaycanın demoqrafik vəziyyətinə xeyli təsir göstərmişdir. Erməni təcavüzü, Azərbaycana çoxsaylı insan tələfatı ilə yanaşı, yarıdan çox qocalardan və uşaqlardan ibarət olan 1 milyon qaçqın və məcburi köçkün gətirmişdir ki, onların da xeyli hissəsi çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayır.

 

1813 və 1828-ci illərdə Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavələlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edildi. Hal-hazırda İran azərbaycanlılarının sayı Azərbaycan Respublikasında yaşayan azərbaycanlılardan çoxdur. Sovet imperiyası dövründə sərhədi keçib öz qohumları ilə görüşmək qeyri-mümkün idi. YUNESKO-nun məlumatına görə dünyada hazırda 40 milyondan çox azərbaycanlı yaşayır. Dünyada yaşayan azərbaycanlıların sayı təxminən aşağıdakı kimidir:

İranda

30 milyon

Türkiyədə

3 milyon

Rusiyada

2 milyon

ABŞ-da

1 milyon

Ukraynada

1 milyon

İraqda

700 min

Gürcüstanda

500 min

Əfqanıstanda

430 min

Hindistanda və Pakistanda

350 min

İsveç, Norveç, Danimarka və Şotlandiyada

300 min

Almaniyada

300 min

Kanadada

174 min

Fransada

170 min

Suriyada

50 min

Səudiyyə Ərəbistanında

40 min

İsveçrədə

40 min

Yəməndə

19 min

Yaponiyada

10 min

Avstraliyada

8 min

Maltada

2,5 min

Yuxarıda göstərilənlərdən əlavə digər hesablamalar da aparılıb və hesablamaların birində göstərilir ki, hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.

 

Kateqoriya: Azərbaycan-Qarabağ | Baxış: 1222 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 1
2009-04-11
1. Əmiraslan (huquq) [Giriş]
Məncə dünyada 60 milyonnan çox olar

Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Aprel 2009  »
BB.eÇ.aÇC.aCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024