Son vaxtlar Dağlıq Qarabağ probleminin sülh yoluyla həllində təklif olunan variantalardan biri də "Aland adaları" modelinin tətbiqidir.Ancaq əhalinin əksəriyyəti Finlandiya və İsveç arasında yerləşmiş bu adalar qrupunun hansı şəraitdə və hansı statusda olduğunu bilmirlər.
Aland adaları.
Finlandiya və İsveç arasında , Baltik dənizindən Botnik körfəzinə girişdə yerləşən bir-birinə yaxın adalar qrupudur.Əsas ada Aland adasıdır.Baş şəhəri vaxtilə ruslar tərəfindən salınmış Marienqamdır.1978-ci ildə əhalisi 23 minə yaxın , indi isə 25 minə yaxın olduğu göstərilir.
1714-cü ilin 27 iyulunda rus qoşunları Apraskinin başçılığı altında İsveçlilərə qalıb gələrək ilk dəfə adalara sahib oldular.Daha sonrakı döyüşlərdə ada gah o tərəfin gahda bu tərəfin tərkibində oldu.1809-CUilin martında rus qoşunları general Knorrinqin başçılığı ilə adanı yenidə ələ keçirdilər.Həmin ildə imzalanan sülh müqviləsinə görə ada Rusiya imperiyasına verilir və bu adalar o vaxtdan 1917-ci ilə qədər Rusiyanın tərkibində qalır.Aland adalarının İsveç mənşəli əhalisi 1917-ci ilin 6 dekabrında Sovet Rusiyası Finlandiyaya müstəqillik verdiyi zaman bu haqda məsələ qaldırır və vətənləri İsveçə birləşmək istəyirlər.Finlandiya isə adaların İsveçə verilməsini istəmirdi və alandlılara özünüidarəçilik hüququ verdi bu haqda qanun hazırlandı lakin alandlılar bu qanunu tanımadılar.
Məsələ böyüdüyündən bu məsələyə Millətlər Liqasında(indiki BMT) qaldırıldı.Millətlər Liqası 1921-ci il 24 iyun tarixli kompromis xarakteri daşıyan bir qərar qəbul etdi.Bu qərara görə , münaqişənin tərəfləri olan nə İsveç , nə Finlandiya , nə də alandlılar uduzmuş kimi görünmədilər.Belə ki , bu qərarla Millətlər Liqası Aland adaları üzərində Finlandiyanın suverenliyini tanıdı.Finlandiya da öz növbəsində Aland adalarında İsveç dilinin , alandlıların mədəniyyətinin və yerli adətlərinin qorunub saxlanılması və daxili özünüidarəçilik vermək öhdəliyini öz üzərinə götürdü.Eyni zamanda ML Aland adalarının neytrallığı , adaların gələcəkdə İsveç üçün təhlükə mənbəyi olmaması naminə onun hərbiləşdirilməməsi haqda qərar qəbul etdi. 1921-ci il 20 oktyabr tarixli Cenevrə konvensiyasına və İkinci Dünya Müharibəsindən sonra Paris sülh müqaviləsinə ( 1947-ci ilin 10 fevralında bağlanıb və 15 sentyabrında qüvvəyə minib) görə , adaların hərbiləşdirilməsi , yəni onlarda qoşun saxlamaq , hərbi sənaye yaratmaq və istehkamlar düzəltmək qadağan edilir.
Finlandiya parlamenti 1952-ci ilfə Aland adalarının özünüidarəçiliyinə dair 1920-ci il tarixli qanunu əvəz edən yeni qanun qəbul etsə də , lakin sonralar bu qanun da aktuallığını itirdiyindən , 1993-cü ildə yeni qanun qəbul edildi.Sonradan bu qanuna iki dəfə əlavələr edilib və hazırda Aland adaları 1997-ci ilin 1 yanvarınada qüvvəyə minən qanunla idarə olunur.
Mənbə: "Siyasət xalqın taleyidir".İ.İsmayılov
Fikirlərinizi bildirməyi unutmayın!
|