Adolf Hitlerin SS əmr zabitlərindən Fritz Dargesin, keçən həftə 96 yaşındaykən ölməsinin ardından öz istəyi istiqamətində nümayiş olunacaq xatirələri, Nazı Almaniyasının və Yəhudi soyqırımının bəzi bilinməyənlərinə işıq tutacaq.
Uinston Leonard Spenser Çörçil(1874-1965)-Malboro hersoqlarının köhnə kübar nəslindəndir .Çörçill uşaq vaxtı tez-tez xəstələnir, pis oxuyurdu, buna görə atası onun üçün hərbi karyera seçir.Uinston yalnız 3-cü cəhddə kral hərbi kollecinə daxil olur, lakin təhsili əla qiymətlərlə , birncilər sırasında başa vura bilir.Hərbi qulluğa daxil olan Çörçil eyni zamanda jrnalist kimi ə fəaliyyət göstərirdi.1899-cu ildə Çörçill siyasətçi olmaq və çörək pulunu qələmlə qazanmaq üçün hərbi karyeradan imtina edir.
Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin(1821-1881) yaradıcılığı XX əsrin mənəvi həyatına təsir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psixologiya , ilahiyyat və ədəbi tənqidin müxtəlif məktəbləri onun ideyalarının bilavasitə təsiri altında formalaşmışdır.
Qədim yunan filosofu Aristotel (e.ə 384-322) 20 il ərzində Platonun şagirdi olmuş, onun Afina akademiyasında o dövrün elmi biliklərinə mükəmməl yiyələnmişdir.Platonun ölümündən sonra Aristotel Afinanı tərk etmiş , gələcəyin böyük fatehi gənc İskəndərə müəllimlik etmək üçün Makedoniyada məskən salmışdır.E.ə 334-cü ildə Makedoniyalı İskəndər öz Asiya fütahıtına başlaması ilə Aristotel Afinaya qayıdaraq öz akademiyasını məşhur litseyi təsis etmişdir.İskəndərin ölümündən
... Ardında
Hun türklərinin ən tanınmış hökmdarı Atilla dünyanın yetişdirdiyi ən böyük sərkərdə və dövlət adamlarından biridir.Doğum və ölüm illəri təxminən 400-453-cü illər arasında olub.Şərqi Rusiya, Ruminiya, dağılmış Yuqoslaviya, Macarıstan , Avstriya, Çexiya , Slovakiya, və orta Almaniyanı öz hakimiyyət altına alaraq imperatorluğunu Bizans sərhədlərinə qədər uzatdı.
Z.Freyd yazırdı: “Əqlin səsi gur deyil, lakin inadkardır və o eşidilməyənəcən susmaz”.Yazıçı və tarixçi Aleksandr İsayeviç Soljenitsının qanlı sovet gerçəkliyini ifşa edən asta, lakin bir anda səngiməyən səsinə beləcə qulaq kəsilimişdi.
Soljenitsın 1918-ci ildə Kislovodskda varlı kazak ailəsində doğulub.Rostov Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəbdə riyaziyyat və atronomiya fənlərindən dərs deyib
... Ardında
Şarl de Monteskyö 1689-cu ildə orta səviyyəli hərbçi aristokrat ailədə doğulmuşdur.O Fransanın Bordo və Paris şəhərlərində üniversitetdə təhsil almış və vəkil işləmişdir.Monteskyö maarifçilik çağının görkəmli fransız mütəfəkkürlərindən olmuşdur.O, bütün ömrü boyu ədalətli cəmiyyət və ədalətli dövlət haqda düşünərək , bu suallara cavab verməyə çalışıb:
-Dövlət necə yaşamalıdır və dövlətə necə vətəndaşlıq etmək lazımdır?
-Cəmiyyətdə qayda və nizam hökm sürməsindən ötrü qanunlar necə olmalıdır?
Hun dövlətinin II böyüktürk xaqanı Metedir.İlk türk xaqanı olan atası Teomana(Tuman) qarşı başladığı mübarizədə qələbə çalaraq atasını öldürmüş, e.ə 209-cu ildə taxta çıxmışdır.35 illik hakimiyyəti dövründə Hun imperatorluğunudünyanın ən böyük dövləti etmişdi.Böyük okeandan (Sakit okean) Xəzər dənizinə,Tibetdən,Kəşmirdən Şimali Sibirə qədər uzanan imperatorluğun ərazisi 18 milyon kvadrat km olmuşdu
... Ardında
Tomas Cefferson (1743-1826) ABŞ-ın 3-cü prezidenti və Amerika demokratiyasının ən ləyaqətli , ən inanclı mübarizlərindən olub.O,"ABŞ-ın İstiqlaliyyət Bəyannaməsi" adlı çox məşhur sənədin müəllifidir.ABŞ Konqresinin təsdiqlədiyi həmin Deklorasiya Birləşmiş Ştatların müstəqilliyini bütün dünyaya elan edib.