91 il əvvəl bu gün Azərbaycanın Milli Ordusunun yaranması barədə ADR hökuməti qərar verdi .Həmin dövrdə ADR hökuməti Gəncə şəhərində fəaliyyət göstərdiyi üçün milli orduya da I həmin ətrafdan çağırışa başladılar. Orduya çağırış ilk öncə könüllü qaydada çağırılırdı.Daha sonra siyasi vəziyyətin çətinliyindən məcburi iltizam qaydasına çevrildi.Həmin dövrdə 40 min nəfərdən ibarət Milli Ordu yaradıldı.
Bunun 10 mini süvari 30 mini piyada idi.Həmin Miılli Orduyla və Osmanlının Qafqaz İslam Ordusunun köməyi ilə Bakı düşmənlərimizdən azad edildi.Daha sonra Bakıya Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq gələn ingilislər buranı tərk etdilər.İngilis ordusu buranı tərk edərkən Milli Ordumuza 4 qırıcı təyyarə 2 gəmi və bir neçə tank vermişdi.İngilislərin verdiyi qırıcılarla Azərbaycan Hava Qüvvələri, gəmilərlə isə Azərbaycan Dəniz Donanması yaradıldı.
1991-Cİ ildə Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra ordumuzun sahibi olduğu adı geri qaytarıldı.Bu ad "Azərbaycan Milli Ordu"su adıdır.1998-ci ildə Azərbaycan Respublikası eks-prezidenti Heydər Əliyev tərəfindən imzalanan fərmanına görə 26 İyun Milli Ordu günü kimi qeyd olunsun.Hal-hazırda Azərbaycan Milli Ordusu regionun ən güclü ordusudur.
Birdaha bütün Azərbaycan xalqının və Azərbaycan Respublikasına xidmət edən hərbiçilərin bayramını sayt administrasyasi tərəfindən təbrik edirik.Allahın köməkliyi ilə ordumuzun daha neçə neçə bayramlarını , qələbələrini qeyd edək.
Və sonda Milli Orduda xidmət edən dostum Turalın da bayramını təbrik edirəm.
Fikirlərinizi bildirməyi unutmayın!
|