Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Ginnesin Rekordlar kitabına düşməyə namizəddir. Bu barədə teatrın direktor müavini Valentina Roznikova məlumat verib.
Onun sözlərinə görə, yeni mövsümün açılışında teatrsevərlərə təqdim ediləcək yeni tamaşada rol alan Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu 82 yaşında teatr səhnəsinə çıxaraq bir daha öz aktyorluq məharətini göstərəcək.
Nodar Şaşıqoğlu səhnədə olan zaman xarici ölkələrdən gələn Ginnesin Rekordlar kitabının nümayəndələri 82 yaşlı aktyoru izləyəcək.
Teatrda fəaliyyətini davam etdirən “Ən yaşlı aktyor” kimi Ginessin Rekordlar kitabına salınacağı haqqında aktyorun özünə heç bir məlumat verilməyib. Buna səbəb aktyorun yaşlı olmasıdır. Belə ki, o həyəcanlanaraq səhnədə özünü itirə bilər.
Fikirləinizi bildirməyi unutmayın!
|