Berlini ikiyə bölən divar inşa edilib.1961
Qeyd edəkki bu divar soyuq müharibənin nəticələrindən biri olmuşdur.Almaniya soyuq müharibənin qurbanı olaraq ikiyə parçalanmışdır.Qərbi Almaniya yəni AFR , Şərqi Almaniya yəni ADR adlandırılmağa başlandı.
Bu divarı "Berlin səddi"də adlandırırdılar.Bu sədd 1989-cu il Şərqi Berlin nümayişçıləri tərəfindən dağıdılmışdır (9 noyabr).Bu divarın uzunluğu 46 km olmuşdur.Divar bir gecədə tikilmişdir(12-13avqust).İlk öncə divar yerinə hasar çəkilmişdi.Bu hasar Şərqi Almaniyada yaşayan almanların Qərbə keçidinə tam maneə olmadığı üçün divardan hörüldü.Keçməyə tam mane olmaq üçün 186 qüllə və yüzlərcə işıq dirəkləri tikilmişdi.Divarın tikilişindən dağılmasına qədər divarı 5 mindən çox adam keçmişdir.Amma bəzilərinin bəxtləri gətirməmişdir.
Şərqdən Qərbə qaçmaq istəyərkən həyatını itirən ilk adam olaraq bilinən Ida Siekmann, 22 Avqust 1961′də burada can vermişdi. İndiki vaxtda köhnə Berlin divarının bu bölgəsində divarın bəzi qalıqları və mövzuyla əlaqədar bir muzey var.24 Avqust 1961-ci ildə isə ilk dəfə silah gücüylə 24 yaşındakı Günter Litfinin qaçışı ölümcül olaraq maneə törədildi. Sərhəd növbətçilərin güllələriylə həyatını itirən son adam isə, divarın yıxılmasından 9 ay qədər əvvəl 6 Fevral 1989′te qaçmağa çalışan Chris Gueffroy oldu. Berlin divarını aşmaq istəyərkən can verənlərin sayı hələ qəti olaraq bilinməməklə birlikdə, ən az 86 ən çox isə 238 olduğu təxmin edilməkdədir.
Fikilərinizi bildirməyi unutmayın!
|