Adəm(İslamda)
Künyəsi Əbdülbəşər(Bəşərin atası), ləqəbi Safi Allah (Allahın seçdiyi), Kitabi Müqəddəsdəki Adam.Quranda Adəmin yaranması haqqında belə deyilir:" Biz insanı quru və qoxunmuş qara palçıqdan yaratdıq"(XV,26).Lakin mənaqiblərə görə , Allah , Cəbrayıl , Mikayıl və İsrafil adında olan mələklərin hər birinə sıra ilə, 7 qat yerdən 7 ovuc torpaq gətirmək əmrini verdisədə , Yer bu torpağı verməyə razı olmamışdır.Bu vaxt Əzrayıl, eyni əmə görə , insanı yaratmaq üçün lazım olan torpağı Yerdən zorla almışdır.Allah günlərlə yağdırdığı yağışla bu torpağı yumşaltdıqdan sonra , mələklər onu yoğurmuş və Allah ona özü şəkil vermişdir.Lakin can verməzdən qabaq , quruması üçün uzun müddət onu bir tərəfə qoymuşdular.
Adəm(Qədim ahudicə torpaq, qırmızı)
Bibliyaya görə(Kövn kitabı) Allah tərəfindən yer torpağından(gildən) yaradılmış "ilk insan" , Həvva ilə birlikdə cənnətdə yaşamış , onunla birlikdə günaha batıb və buna görə Allah tərəfindən cənnətdən qovulmuşdu.
Bektaşilər
Sultan Türkiyəsinin böyük nüfuza malik olan dərviş təriqəti.Onun banisi , XV əsrdə Kiçik Asiya əfsanəvi tərcümeyi-halı tərtib olunmuş , Hacı Bektaşi Vəli idi.Bektaşilərərin inam və ayinləri müsəlman , əsasən şiə və xristian təriqətçiyilindən götürülmüş müxtəlif elementlərindən qarışıqlığıdır:Allahdan , Məhəmməddən və Əlidən tərtib edilmiş Üç Uğnuma inam , 12 imamlarına və şahidlərinə ehtiram , şərab , çörək və pendirlə mərasimi müşayiət etmək, mürəbbiyə ehtiram göstərmək və subay qalmaq.1925-ci ildə Kamal Atatürkün hökuməti bektaşilər təqriqətini ləğv etmişdir.Lakin 2ci dünya müharibəsindən sonra bektaşilik Türkiyədə yenə dirçəlmişdir.
Diaspora(yun.səpələnmə,dağılma)
Yəhudilərin Fələstində kənarda yerləşdiyi məkanlar.İudeya dövlətinin məhv olunmasından çox əsrlər qabaq qədim yahudilər Fələstinin Assur, Babil , İran , Roma və b. tərəfindən işğal olunması ilə əlaqədar Babildə , Misird və Aralıq dənizinin adalarında məskunlaşmağa məcbur olurdular.
Edem
Fələstindən şərqdə , Fərat və Dəclənin mənbələri yaxınlığında yerləşən əfsanəvi ölkə .Qədim yahudilərin təsəvvülərinə görə , burada Adə və Həvvanın qovulduğu cənnət yerləşirdi.Bibliyanın yahudi mətnində Eden adlanır.
Hospitalyerlər
XII əsrin əvvəlndə Fələstində meydana gəlmiş katolik hərbi rahiblər ordeni.Hospitalyerlərin məqsədləri "müqəddəs torpaqları"ı ziyarət edənlərə yardım göstərmək və Yerusəlim krallğının "kafirlərdən" qorumaq.Faktiki məqsədləri müsəman dövlətləri ilə mübarizədə öz hökmranlıqlarını gücləndirmək və qərb işğalçılarının Suriyada və Fələstində tutduğu ərazin genişləndirmək idi.Öz adlarını hospitalyerlər 1070-ci ildə Amalfa tacirləri tərəfindən qoyulmuş Yerusəlimdəki müqəddəs İoanın adına hopitaldan (yəni sığınacaq lat.hospitaliya -qonaqsevərlik) götürmüşdülər.Bu birlik dövrümüzə qədər gəlib çatmışdır.Hal-hazırda ordenin təşkilatları AFR, İngiltərə və b. ölkələrdə fəaliyyət göstərir.
İnkvizisiya(lat.ikvizito təhqiqat,istintaq)
XIII əsrdə katolik kilsəsinin fikrincə özlərinə , papaya təhlükəli hesab edilənlərin təqib edilməsi üçün yaradılmış katolik kilsəsinin xüsusi idarəsi .İnkvizitorlar dindirmə vaxtı ən rəzil üsullaran , işgəncələrdən istifadə edirdilər.Ölümə məhum olunanlar inkvizisiya tərəfindən adi məhkəmələrə verilib tonqalda yandırılıdı.Xalq qarşısında məhkumların yandırılması autdafe-"din işi" deyilirdi.Statistik məlumatlara görə 9-12 milyon insan inkvizitorların qurbanı olub. Axırıncı autdafe 1826-cı ildə İspaniyada baş vermişdi.İnkvizasiyanın ləğv edilməsi haqqında papanın sərəncamı yalnız 1835-ci ildə verilmişdir.
Masoretlər(qədim yahuicə masora - rəvayət)
Bibliyanın mətninə şərhlərin müəlliləri və onun edaktorları.
Pasxa(qədim yahudicə pesaxdan yun.pasxa-keçmək, etmək)
Yahudi və xristianların bayramı.Ən qədim vaxtlarda maldar yahudi qəbilələri heyvanların ya doğuşu vaxtında pasxa bayramını keçirirdilər və bu münasibəə səhra və otlalar ruharına qurban kəsirdilər.Oturaq həyatına keçdikdən sonra və əkinçiliyin inkişafından sona maldarların bayramı yaz gecə-gündüz bərabərliyində başlanan biçin bayramı ilə birləşdi.Pasxa bayramı 22 martdan 25 aprelə qədər keçən vaxta düşür və pasxa bayramı bütün bir həftə qeyd edilir.
Yafəs
Nuh peyğəmbərin , Tövratda müxtəlif yerlərdə adı çəkilən 3-cü oğludur.
|