Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin(1821-1881) yaradıcılığı XX əsrin mənəvi həyatına təsir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psixologiya , ilahiyyat və ədəbi tənqidin müxtəlif məktəbləri onun ideyalarının bilavasitə təsiri altında formalaşmışdır.
Moskvada qatı dindar ailəsində doğulmuş Dostoyevski hərbi həkim olan atasının tələbi ilə hərbi-mühəndislik akademiyasına daxil olmuşdur.Lakin akademiyanı bitirdikdən sonra (1848) ixtisasını atmış , özünü bütövlükdə ədəbi yaradıcılığa həsr etmişdir.
1847-ci ildə Dostoyevski sosialistlər dərnəyinə getməyə başlayır və tədricən dərnək pərdəsi altında fəaliyyət göstərən inqilabi terrorçu təşkilata cəlb edilir.Terrorçular çara qarşı sui-qəsd etməyə cəhd göstərirlər.Qəsd baş tutmur, dərnək üzvləri həbs olunur (1849) və ölüm cəzasına məhkum edilirlər.Lakin çar lap güllələnmə ərəfəsində edamı Sibirə sürgünlə əvəz edir.Yaşanmış iztirablar Dostoyevskinin dünyagörüşünü büsbütün dəyişdiri.Sosializm ideyasına məyus olan Dostoyevski daha inqlabi zorakılığı mübarizə metodu kimi qəbul etmək istəmir.10 ildən sonra sürgündən qayıdan Dostoyevski ədəbi yaradıcılığa qurşanır, başlıca mövzuları ləyaqət , mərhəmət , fərdi məsuliyyət və insan qəlbinin rəhmdilliyinə inam olan dahiyanə romanları yaradır.
Dostoyevskini ən çox insan münasibətlərini psixologiyası maraqlandırır, lakin o, gənclik illərindən cəlb olunduğu sosial-siyasi problemlərə də böyük diqqət yetirir.Onun “Ölü evdən qeydlər” , “Karamazov qardaşları” , “Əcinnələr” romanları peyğəməbərə əsərlər sayılır, belə ki, Dostoyevskinin yaratdığı , onun müasirləri olan peşəkar inqilabçıların portreti onların 1917-ci ildə hakimiyyətə gəldikdən sonra nümayiş etdirdikləri davranışa tam uyöun gəlir
Əvvəlcə “Karamazov qardaşları”nın bir fəsli kimi nəzərdə tutulmuş və çap edilmiş “Böyük inkvizitor” povestində Dostoyevski yaranmaqda olan demokratiyanın başlıca və həlledilməz problemlərindən birinə - azadlığın daşınması bu qədər çətin olan “ağır yükü” problemlərinə müraciət edir.
Azadlıq məqsəddir, yoxsa yalnız xoşbəxtliyə nail olmaq alətidir?Azadlıqdan yalnız ayrı-ayrı güclü şəxsiyyətlər istifadə edə bilirlər, bəs onda daimi himayəyə ehtiyacı olan milyonlarca zəif nə etsin?İnsan üçün hansı yaxşıdır: azad cəmiyyətdə bədbəxtlik , ya totalitar rejim şəraitində xoşbəxtlik?
“Böyük inkvizitor” əsəri dünyada yeni ədəbi ənənənin-antiutopya romanlarının əsasını qoydu.Bu əsərlər Dostoyevskinin başladığı mövzunun müzakirəsinin davamı idi: insanı zorən xoşbəxt eləmək mümkündürmü və ümumi naminə insanı qurban verməık olarmı?Vladimir Zamyatinin “Biz” , Oldos Haksilinin “1984”, Entoni Bercesinin “Yaylı portağal” , Ken Kizinin “Qu quşu yuvası üzərində uçuş”- bunlar azadlıqsız xoşbəxtliyə malik cəmiyyəti təhlil edən əsərlərinin kiçik bir qismi .ş lakin ən məşhurlarıdır.
Fikirlərinizi bildirməyi unutmayın!
|