Evtanaziya Hüququ.
Şəxsin özünün könüllü olaraq həyatdan getməsi imkanının olub-olmaması məsələsi yaşamaq hüququ üçün əhəmiyyətə malikdir.Bu imkan evtanaziya hüququdur.Hal-hazırda evtanaziya hüququn ən aktual problemlərindən biridir.Evtanaziya sağalmaq imkanı olmayan xəstənin öz arzusu ilə həyatdan getməsini nəzərdə tutur.Artiq bir sira ölkələrdə :Hollandiyada , Avstraliyanın bəzi ştatlarında evtanaziya leqallaşdırılmışdır.ABŞ və Böyük Britaniya isə evtanaziyanı ilə bağlı bir neçə məhkəmə prosesi olmuşdur.Evtanaziyanın tərəfdarları öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına ümid iolmayan şəxsin artıq əzab çəkməsinə şərait yaratmaq lazım deyildir və ona özü istədiyi təqdirdə həyatdan getmək imkanı verilməlidir.Əks fikirn tərəfdarları isə fikirlərini belə əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb və insan özü ondan imtina edə bilməz.Bundan başqa , evtanaziyanın leqllaşdırılması ondan sui-istifadə hallarını artıra bilər və ölümcül xəstənin qaldığı müddət ərzində müalicə üsulunun tapılması da istisna olunmur.
Evtanaziya məsələsinə münasibət Azərbaycanda 1997-ci il iyunun 26-da qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilmişdir.Bu qanunun 38-ci maddəsi ilə evtanaziyaya anlayış verilməklə yanaşı, belə tibbi əməliyyat Azərbaycanda qadağan edilmişdir.Həmin maddənin I hissəsində deyilir: “Evtanaziya , yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır”
Siz Azərbaycanda evtanaziya hüququnun leqallaşdırılmasını istəyərsiniz və nə üçün?
|