Çərşənbəaxşamı, 2024-10-15, 5:02 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2010 » Oktyabr » 30 » Holokostun qurucusu: Adolf Eyxman ( Adolf Eichman)
Holokostun qurucusu: Adolf Eyxman ( Adolf Eichman)
0:37 AM
 
Holokost Soyqırımının qurucusu:Adolf Eyxman –Adolf Eichman (1906-1962)
 
Adolf Eyxman , onu bəzən Holokostun qurucusu kimi adlandırırlar. Alman Nazisi olan Eyxman SS-sə (Təhlükəsizlik Xidməti) polkovnik-leytenant rütbəsində işləmişdir.
 Biyoqrafiyası:
                 Adolf Eyxman 1906-cı il Martın 19-da Lüteran ailəsində anadan olmuşdur. Atası biznesmen və sənayeçi Adolf Karl Eyxman , anası isə Maria Schefferling idi. 1914-cü ildə anası öldükdən sonra ailəsi Linzə getmişdir. I Dünya Müharibəsində atası Avstriya-Macar Ordusunda xidmət etmişdir. Müharibədən sonra atası qayıtdı və onu realchule-ə təhsil alamağa qoydu. 1923-cü ildə atası dağ-mədən şirkətində işləməyə başladı. 1933-cü ildə Almaniyaya qayıtdılar. Eyxman 1935-ci il Martın 21-i Veronika Liebllə evləndi. Bu evlilikdən onun 4 oğlu oldu: Klaus Eyxman(1936-cı il Berlində) , Horst Adolf Eyxman (1940-cı il Vyanada) , Dieter Helmut Eyxman (1942-ci il Praqada) və Rikardo Fransisko Eyxman (1955-ci il Buenos Airesdə).
Nasist partiyasında və SS-də işlədiyi dövr:
 Ailə dostu Ernst Kaltenbrunnerin məsləhətilə Eyxman NSDAP-ın ( Nasional Sosialist Alman İşçi Partiyası) Avstriyada ki , şöbəsinə işə düzəldi. 1932-ci ildə SS-ə namizədlik əldə etdi. Noyabrda SS-ə tam 45326 nömrəli tam üzv kimi qəbul edildi. 1933-cü ildə Nasistlərin hakimiyyətə gəlməsi ilə SS-in polkunda həqiqi hərbi xidmət keçmək üçün ərizə verdi. 1933-cü ilin Noyabrında ərizəsi qəbul edildi. Daha sonra vəzifə yerinin dəyişdirilməsi üçün müraciət etdi və onu 1934-cü ildə Berlində Sicherheitsdienst qərargahına gətirdilər. Eyxman 1935 və 1937-ci illərdə SS-də irəli çəkildi və mühüm vəzifələr tutdu. 1937-ci ildə rəisi Herbert Hagen Eyxmanı B.Britaniya işğalında olan Fələstinə göndərdi. Burada o yahudilərin mühacirəti üçün araşdırmalar aparmalı idi. 1938-ci ildə yəhudiləri sürgün etmək üçün Yəhudi Mühacirət Mərkəzinə rəhbər seçildi.
II Dünya Müharibəsi Dövrü:
 Müharibənin başlanğıcında o , Yəhudi Mühacirəti Ofisinə təyin edilmişdi. Müharibə dövründə bir sıra vəzifələrə çəkildi. Madaqaskar Layihəsi (məcburi yəhudi sürgünü) üçün polkovnik-leytenant rütbəsi verildi. 1941-ci ildə o , açıqladı ki Alman idarəçiliyində olan Avropada 1942-ci ilə qədər yəhudilərin kökü kəsiləcək. 1944-cü ildə Almaniya edilən Sovet basqınları ilə əlaqədar onu Macarıstana təyin etdilər. Eyxman Macarıstanda yəhudiləri qaz kameralarında qırmağa başladı, və nəticədə 430 min yəhudi qırıldı. SS-in reyxführeri Henrix Himmler 1945-ci ilə qədər Macarıstanda yəhudilərin kökünün kəsilməsini əmr etdi.
 Eyxman 1945-ci ildə Sovet qoşunlarının Macarıstana daxil olması ilə Avstriyaya qaçdı. O, oradaki yaşlı dostu Ernst Kaltenbrunner ilə görüşdü. Kaltenbrunner Eyxmanın məhvedici idarəçiliyinə görə bu görüşdən imtina etdi .
II Dünya Müharibəsindən Sonra:
 Müharibədən sonra Eyxmanın şəxsiyyətindən xəbərdar olmayan ABŞ ordusu tərəfindən tutuldu. 1946-cı ildə isə həbsdən qaçdı və bir kənddə gizləndi. Eyxman 1948-ci ildə Argentina da yaşamaq üçün icazə vərəqi aldı , lakin ondan dərhal istifadə etmədi. Eyxman İtaliyaya getdi və orada özünü Rikardo Klement adında qaçqın kimi qələmə verdi.İtaliyada Qırmızı Xaçın vasitəsilə pasport aldı.
 O 1950-ci ilin iyul ayında Argentinaya gəmi ilə getdi. Sonrakı 10 il ərzində fabrik dispetçeri və fermerdə işlədi. Daha sonra ailəsini də buraya gətirdi. Mərkəzi Kəşfiyyat İdarəsinin ( CIA) 2006-cı ildə açıqlanan köhnə sənədində Adolf Eyxmanın varlığından xəbərdar olduqları lakin AFR-lə əlaqələri korlamamaq üçün hərəkətsizlik göstərdi.
Tutulması ,Həbs edilməsi və Edamı:
 Yəhudilər dövlətləri qurulduqdan sonra , onlar müharibə cinayətkarlarını yəni Nasistləri tapıb öldürürdülər. Buna görə onlara Nasist ovçuları deyilirdi. Onların arasında Saymon Wiesental da var idi. 1954-cü ildə Saymona Argentinadakı Mossad agentindən məktub gəldi , məktub belə idi: "Mən Eyxmanı , o çirkli donuzu gördüm . O Buenos-Airessə yaxın yaşayır” Mossad Eyxmanın İsrailə gətirilməsi üçün əməliyyat hazırladı və əməliyyatın rəhbəri kimi Rafi Eitanı təyin etdi. 1960-cı ilin ilk ayından Rikardo Klement yəni Eyxman Mossad agentləri tərəfindən izlənilirdi. Hətta onun həyat yoldaşına evlənməklərinin 25-ci ili ilə əlaqədar çiçək göndərildi. Əməliyyat üçün İngiltərədən təyyarə alındı. Rəsmi olaraq Argentinaya uçuş səbəbi Argentinanın 150-ci quruluş ildönümü idi. Rəsmi nümayəndələrlə birgə Rafi Eitan və digər agentlərdə gedirdilər. Təyyarənin arxa hissəsində Rafi Eitan üçün xüsusi hücrə hazırlanmışdı. Rəsmi nümayəndələrin bunların heçbirindən xəbərləri yox idi. Təyyarə 1960-cı il Mayın 10-da Buenos-Airesə endi . Əməliyyat üçün 10 ev və 20-dən çox maşın kirayəyə götürüldü. Əməliyyatın uğurla başa çatması üçün hər şey yaxşı hazırlanmışdı. Mayın 10-da Eyxmanı tutma əməliyyatı hazırlandı . Ayın 11-i 20:00 da əməliyyat başladı. Eyxman dəqiq adam idi. Həmişə eyni vaxt işdən çıxar və eyni avtobusla evə qayıdardı . Qaribaldi küçəsində Mossadçılar yerlərini tutmuşdular. 20:05 də bir avtobusdan Eyxman endi. Evinə gedərkən Zvi Aharoni adında agent ona siqaretini yandırmaq üçün yaxınlaşdı . O, Eyxmanı tutmaq istədikdə Eyxman mübarizə apardı. Digər agent Rafi Eitan bu zaman maşından cəld çıxıb onu boynunda bərk tutub maşına saldı. Eyxmanı ələ keçirdikdən sonra əvvəlcədən hazırlanmış evə apardılar və orada ilkin istintaq aparıldı. Rikardo Klementin Adolf Eyxman olduğu dəqiqləşdirildi. 10 gün Argentinada qaldıqdan sonra 21 may tarixində İsrailə geri qayıtdılar. İsrailə gətirildikdən sonra İsrail məhkəməsində onun işinə baxıldı və 31 may 1962-ci ildə edamı qərarı verildi. Edam olunarkən Eyxman Eitana dedi: "Sənin mənim arxamdan gələcək günün olacaq pis yəhudi”. Bu onun son sözləri oldu.
PS:İnşallah Xocalı Soyqırımını törədən və guya İnterpolla axtarılan 263 erməninin də sonu Adolf Eyxman kimi olar.
Kateqoriya: Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər | Baxış: 1621 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Oktyabr 2010  »
BB.eÇ.aÇC.aCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024