Qaytar Məni
Könül bü gün nağıl danış ,
Dünənimə qaytar məni .
Ələnməmiş , üyünməmiş
Öz mənimə qaytar məni
Mamırında dolu yatan
Bir dağ döşü- bir daş otaq:
Nə əl dəyən , nə zəng çatan
Ünvanıma qaytar mənimə
Nədir itən nədir qalan?..
Beş-on sözdür ümid - qalam
Baş aparsam başsız qallam
Yüyənimə qaytar məni
Aramızda tufan yaşar,
Sahillərdaən pünhan yaşar.
Yaşamağa güman yaşar,
Gümanıma qaytar məni
Məmməd Araz
|