Bazar, 2024-12-22, 5:32 AM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » Avqust » 3 » Böyük Hun imperatoru Mete!
Böyük Hun imperatoru Mete!
8:18 PM
 
 
Hun dövlətinin II böyüktürk xaqanı Metedir.İlk türk xaqanı olan atası Teomana(Tuman) qarşı başladığı mübarizədə qələbə çalaraq atasını öldürmüş, e.ə 209-cu ildə taxta çıxmışdır.35 illik hakimiyyəti dövründə Hun imperatorluğunu  dünyanın ən böyük dövləti etmişdi.Böyük okeandan (Sakit okean) Xəzər dənizinə,Tibetdən,Kəşmirdən Şimali Sibirə qədər uzanan imperatorluğun ərazisi 18 milyon kvadrat km olmuşdur.Dövlətin beşiyi Baykal gölü dolayları olmuşdur.

Metenin atasını öldürməsi səbəbi: “Türk əfsanələrində adı Qaraxan kimi tanınan Metenin atası Teomanın II arvadı öz doğma oğlunu hakimiyyətə keçirmək üçün Meteyə şər atmışdır.Oğuzxanın, yəni Metenin ona təcavüz etdiyi barədə ərinə şikayət etmişdir.Teoman belə alçaqlığa inanmamışdı, amma arvadı ayaq dirəmişdi ki, Meteni öldürsün.”Mete bu şər və şayiələrə qarşı mübarizə aparmaq üçün çox çətinliklə qoşun toplamış, ögey anasıyla ögey qardaşını məğlub etmiş , Qoyunlu dövlətinin əsasını qoymuşdu.Mete bundan sonra zəfərlər çalaraq 26 krallığı öz bayrağı altında birləşdirmişdi.

Mete bütün türk tayfalarını , o cümlədən onların yaxın əqrəbası olan monqollarla tunquzları öz dövləti ətrafında birləşdirmişdi.Qarşısında ən güclü dövlət olan türklərin əzəli rəqibi Çin dayanmışdı.Məşhur Çin səddi belə Meteni saxlaya bilmədi.O, dəfələrlə bu səddi  keçmiş, Çinin içərlərinə daxil olmuşdu.Bu səfərlərin ən məşhuru Metenin Petenk qalasında Çin imperatoru Kaotini 320.000 ordusuyla mühasirəyə almasıdır.Təhlükənin ağırlığını anlayan Kaoti illik vergi verməklə bərabər şimal əyalətlərini türklərə verməklə sülh istədi.Bu mühasirənin fəlakətli günləri çinlilərin yaddaşında qaldı: “Petenk qalası altındakı fəlakətdə 7 gün çörək tapılmadı; əskər yay atmadı” deyə başlayan Çin xalq mahnısı bu  gün də oxunur.
Mete sonradan türklər arasında “Oğuz xan” kimi tanınmışdır.Haqqında bir neçə tarixi faklar da daxil olmaqla əfsanələr yaranmışdır.Mete qədim türk tarixinin ən böyük oğullarından biridir.
 
 
Mənbə:100 böyük türk. Sədi Boraq.
Kateqoriya: Məşhurlar&Şəxsiyyətlər | Baxış: 2040 | Əlavə etdi: huquq
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Avqust 2009  »
BB.eÇ.aÇC.aCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 4
Qonaq 4
İstifadəçi 0
Hüquqları qorunur 2024