Cüməaxşamı, 2024-12-26, 2:52 PM
Dizi üstə yaşamaqdansa ölmək yaxşıdır!
Ana səhifə | Qeydiyyat | Loqin Xoş gəldin Qonaq | RSS
Sayt menyu
Blood Memory-Azerbaijan been occupied by armenians land :Khojavand :18.02.1992 Khojaly :26.02.1992 Shusha :08.05.1992 Lachin :17-18.05.1992 Kalbajar :03-06.04.1993 Aghdara :17.06.1993 Aghdam :23.07.1993 Jabrail:18.08.1993 Fuzuli :23.08.1993 Gubadly :30-31.08.1993 Zangilan :29-30.10.1993
Yeni
BDU [1]
1370 [2]
Xəbərlər [12]
Maraqlı [21]
Musiqi [34]
Proqramlar [4]
Sağalamlıq [1]
İdman dünyası [0]
Sevgi [8]
Məşhurlar&Şəxsiyyətlər [14]
Din [3]
Aforizmlər&şeirlər [5]
Video [8]
Türk dünyası [1]
Hüquq [5]
Şəkillər [7]
Azərbaycan-Qarabağ [13]
Gizli təşkilatlar, qurumlar və məxvi fəaliyyətlər [8]
Mini çat
Sorğu
Vətən uğrunda istənilən müharibəyə gedərsən?
Ümumi cavablar: 352
Ana səhifə » 2009 » Sentyabr » 8 » Müəmmalı Bermud
Müəmmalı Bermud
1:28 PM

Bermud üçbucağı (və ya Şeytan üçbucağı) Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəsini tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə batmış yer və anomal zona kimi sayılır.Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilmişdir.Bermud üçbucağı, kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlər statistikaları ilə bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməmiş və dərc edilməmişdir. Simsiz rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı bizə məlumdur. Çünki 1960-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalmışdır. Ümumiyyətlə isə Bermud üçbucağının bir Amerikan jurnalistinin məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk ontario ştatının yaxınlığında da olduğu iddia edilir.Bu haqda yazıçı və araşdırmaçılar tərəfindən şeytanın bölgəsi, Atlantik ölkəsinin qalıqları, pis fikirli insanların əks cazibə apartlarını istifadə etməsi, dördüncü boyutun burada hökmran olması kimi bir çox nəzəriyyələr irəli sürülmüşdür. Qəribə maqnit sahələri və okean dibinin qazla zəngin olması kimi düşüncələr bunların arasında ən çox işlədilən nəzəriyyələrdir. Bermuda üçbucağı əfsanəsinin müasir tarixi 5 donanma təyyarəsinin böyük fırtına ilə qarşılaşaraq yoxa çıxması ilə başlamışdır.



Qısaca, əksəriyyət insanlar tərəfindən Bermud üçbucağı sadəcə kimlərsə tərəfindən məşhurlaşdırılmış və qeydi-adi bölgəyə çevrilmiş bir əfsanə kimi qəbul olunmuşdur.

Kateqoriya: Maraqlı | Baxış: 1053 | Əlavə etdi: calderon
Ümumi şərhlərin sayı: 0
Yalnız qeydiyyatdan keçənlər şərh yaza bilər.
[ Qeydiyyat | Loqin ]
İstifadəçi forması
Arxiv
«  Sentyabr 2009  »
BB.eÇ.aÇC.aCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Dost saytlar
Statistika

Ümumi istifadəçilər 1
Qonaq 1
İstifadəçi 0
Hüquqları qorunur 2024