Terrorizmin yaranmasının səbəbləri:
1.Siyasi səbəblər:2 yerə bölünür - a) Daxili siyasi səbəblər- iqtidarın idarəçilik təcrübəsizliyindən və ya xalq arasında nüfuzdan düşməsindən istifadə edən daxildəki siyasi qruplar və siyasi partiyalar dövlətin ümummilli mənafelərini , dövlətin maraqlarını bir tərəfə atıb hakimiyyətlə gizli mübarizəyə başlayır və bu son nəticədə lider və hakimiyyət nümayəndələrinə qarşı terror aktlarının həyata keçirilməsini gətirib çıxarır.
b) Xarici siyasi səbəblər - Terror aktı bəzən xarici siyasi səbəblər üzündən də meydana çıxır . Terrorizmin yaranmasına xarici siyasi təsirin məqsədi sürətlə inkişaf edən , iqtisadi və hərbi cəhətdən güclü olan dövlətlərdə onun inkişaf tempini zəiflətmək , habelə öz siyasi idarəçilik sistemlərini və ideologiyalarını həmin dövlətlərdə bərqərar olmasına nail olmaqdır.Məsələn:Türkiyə Cümhuriyyəti 1923-cü ildən bəri sürətlə inkişaf edən ölkədir.Türkiyənin inkişafını özləri üçün təhlükə esab edən SSRİ 1974-cü ildə marksist - leninist ideologiyalı Kürd İşçi Partiyasının(PKK) yaradılmasına böyük təsir etmişdir.SSRİ-dən sonra bu terror təşkilatına bir sıra Avropa ölkələri köməklik etmişlərdir.Onların məqsədi İslamın və Türklüyün möhkəm qalası olan Türkiyəni dağıtmaqdır.
2. İqtisadi səbəblərdən - yaranan terrorizm geniş yayılmışdır . Dövlətin daxilində baş verən iqtisadi böhran nəticəsində məcburən formalaşan ağır iqtisadi şərtlər və maddi cəhətdən təmin olunmamış formada yaşayan şəxslər aşağı sinif halında yaşamağa məcbur olurlar . Çətinliklərlə yaşayan bu təbəqə bəzən kütlə tərəfindən də qəbul olunmurlar. Bu vaxt həmin qrup insanlarla ( əsasən də gənclərlə) dövlətə qarşı nifrət oyanır və dövlətlə , hakimiyyətlə mübarizə aparmaq üçün məqam gözləyirlər. Bu kimi hadisələr isə nüfuzlu terror təşkilatlarının diqqətini cəlb edir . Hal-hazırda da elə terror təşkilatları var ki, onlar öz üzvlərinə yüksək məbləğdə pul verirlər, habelə onların ailələrinin təminatını da öz üzərinə götürürlər .
3. Sosial səbəblər-terrorçular da cəmiyyətin , xalqın içindən çıxanlardır . Amma bu şəxslərin terrorizmə meylliliyi sosial səbəblərdən yaranır(əsasən ailə daxili ziddiyyətlər, psixoloji sarsıntı keçirən , həyata nifrət edən insanlar).Onlar öz varlıqlarını sübut etdirmək üçün terror təşkilatlarının dəstəyi və təsirilə terror yolunu seçirlər.
4. Psixoloji səbəblər – siyasi , iqtisadi , sosial gərginliklərdən doğan bir sıra amilllər insana psixoloji təsir göstərir və siyasi hadisələr elə həddə çatır ki, daxildə olan qruplar arasında gizli mübarizə başlayır . Bu isə hakimiyyət böhranı , hakimiyyət dəyişikliyi olan vaxtlarda daha çox təsadüf edir.