ermənistanda(sayt tərəfindən tanınmayan ölkə) AZƏRBAYCAN FİLMLƏRİ
Festivalın proqramına 50 film daxil edilib
Oktyabrda işğal altındakı qədim şəhərimiz İrəvanda Azərbaycan filmləri festivalı keçiriləcək. Festivalın təşkilatçısı Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzidir. Mərkəzin direktoru Georgi Vanyan bildirib ki, festivalda bədii, sənədli və animasiya filmləri nümayiş etdiriləcək. Hazırda artıq festivalın proqramına daxil edilməsi nəzərdə tutulan 50 filmə baxılıb. “Biz partnyorlarımız vasitəsilə gənc Azərbaycan rejissorları ilə əlaqə qurmağa çalışırıq və artıq onlardan bəziləri ilə belə əlaqələr yaratmağa nail olmuşuq”, deyə Vanyan bildirib. Filmlər paytaxt kinoteatrlarında nümayiş etdiriləcək, istək olarsa, fiziki şəxslər və təşkilatlar üçün ayrıca nümayişlər də təşkil olunacaq, bu ilin əvvəllərində İrəvanda keçirilən türk kinosu festivalında olduğu kimi. Vanyan qeyd edib ki, festivalın keçirilməsində əsas məqsəd iki dövlət arasında dialoq qurulmasına yardım etməkdir. Azərbaycan filmləri festivalı ABŞ-ın ermənistandakı səfirliyinin dəstəyi ilə keçiriləcək.
Fikirlərinizi bildirməyi unutmayın!
|