Tel-Əviv – APA. İsrailin sabiq prezidenti Moşe Katsava zorlama və zorakı hərəkətlərə yol verməklə ilə bağlı rəsmi ittiham irəli sürülüb. APA-nın xəbərinə görə, “Yediot Axronot” qəzeti ittihamların 4 epizodu əhatə etdiyini yazıb. İttihama əsasən M. Katsav dövlət başçısı olarkən iki dəfə Turizm Nazirliyinin qadın əməkdaşına, iki dəfə isə prezident administrasiyasının xanım əməkdaşına qarşı əxlaqsız hərəkətlərə yol verib. ... Ardında
Kateqoriya: Xəbərlər |
Baxış: 1924 |
Əlavə edildiyi gün: 2009-03-20
| Şərhlər (0)
Qızını 24 il zirzəmidə saxlayan avstriyalı manyak ömürlük azadlıqdan məhrum edilib
Vyana-APA. Avstriya məhkəməsi 24 il öz qızını zirzəmidə saxlayaraq zorlayan manyak Yozef Fritslə hökm oxuyub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Yozef Fritsl ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə andlıları manyakı ona qarşı irəli sürülən bütün ittihamlar üzrə günahkar hesab ediblər. Yozef Fritsl zorlama, övladı ilə cinsi əlaqədə olmaqda, insanı qanunsuz olaraq azadlıqdan məhrum etməkdə, kölə saxlamaqda, zorakı davranışda və ehtiyatsızlıqdan qətl törətməkdə ittiham olunur. Məhkəmənin digər hökmü ilə məhkum psixi baxımdan xəstə olan məhkumlar üçün müəssisəyə göndəriləcək. Qeyd edək ki, manyakın məhkəməsi 4 gün çəkib.
Kateqoriya: Xəbərlər |
Baxış: 891 |
Əlavə edildiyi gün: 2009-03-20
| Şərhlər (1)