1.Həkimlər Moskva klinikalarının birində maraqlı hadısənin şahidi olmuşdur.Pəltəkləri müalicə etmək üçün xəstələrə hər gün çap hərfləri ilə bir neçə vərəq mətn yazdırmışlar.Bir neçə vaxtdan sonra pəltəklik azalmış, sonra isə tamamilə yox olmuşdur.Həkimlərin fikrincə , kalliqrafik mətn xəstənin psixoloji ritminin tədricən dəyişməsinə şərait yaradır.
2.Məşhur fransız bəstəkarı Şarl Quno həmişə özünü öyən musiqiçiyə belə demişdi: -Mən sizin yaşınızda olanda həmişə deyərdim əsl sənətkar mənəm . 24 yaşa çatanda isə mənəm birdə Motsartdır deməyə başladım .40 yaşına çatanda deyərdim Motsartdır, ondan sonra mənəm .İndi isə deyirəm əsl sənətkar Motsartdır.
3.Cənubi Amerikada Otello pyesinə tamaşa edən bir şəxs Yaqonun alçaq hərəkətlərinə dözməyib onu güllə ilə vurub öldürür.Qatil tamaşaçını edam edirlər.Onların hər ikisini bir məzarda dəfn edir və qəbir daşına belə yazırlar: "Ən yaxşı aktyora və ən yaxşı tamaşaçıya abidə".
4.Bir dəfə İ.Nyuton aydın havada gəzməyə çıxarkən çobana rast gəlir.Çoban ona məsləhət görür ki , uzağa getməsin .Çünki bərk yağış yağacaq.Nyuton ona qulaq asmır.Doğrudan da yarım saat sonra yağış yağır.Nyuton suyu süzülə-süzülə özünü çobana yetirir və bunu sirrini ondan soruşur.Sən demə çoban qoyunun tüklərinin vəziyyətinin dəyişməsinə görə bunu təyin edibmiş.
|